Bakıda dörd “Toyota” toqquşdu - FOTO

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda dörd “Toyota” toqquşdu - FOTO
Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində dörd "Toyota" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

İki avtomobil yararsız vəziyyətə düşüb, yol kənarındakı məlumatverici lövhə sıradan çıxıb. Əraziyə polis əməkdaşları cəlb edilib.