Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar azadlıqda

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar azadlıqda
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.

meqale.com oxuya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Elnur Həmidovun 9 il, Musa Əhmədovun 3 il 6 ay və Elçin Hüseynovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib. Dövlət ittihamçısı əlavə edib ki, zərərçəkənlərlə barışıq əldə olunması yüngülləşdirici hal hesab olunub.

Daha sonra vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərə şərti cəza verilməsini xahiş edib.

Təqsirləndirilən şəxslər son sözlərində məhkəmədən onlara yüngül cəza verməsini xahiş ediblər.