Bakıda Frida Kalo və Dieqo Riveranın məşhur sevgi hekayəsi təqdim olunacaq

20 noyabr 2025- ci il tarixində saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Meksika muralizmi: Dieqo Rivera yaradıcılığı" adlı mühazirə keçiriləcək.

Hazırda AMİM-də davam edən Anauakali Muzeyinin "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" sərgisi çərçivəsində muzeyin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim olunacaq mühazirədə Meksikanın dünyaşöhrətli sənətkarının yaradıcılığından geniş bəhs ediləcək. 

Burada rəssamın sənət yolundan mərhələli şəkildə danışılaraq, böyük ictimai binaları bəzəyən, Meksika xalqının tarixi salnaməsini  əks etdirən monumental boyakarlıq əsərlərindən söz açılacaq. Eyni zamanda D.Riveranın parlaq şəxsiyyəti, özünəməxsus xarakteri və tanınmış rəssam Frida Kalo ilə yaşadığı məşhur həyat hekayəti də mühazirənin maraqlı hissələrindən birini təşkil edəcək.