Bakıda Hepatit A virusu su ilə yayılıb? - Uşaqlar daha çox yoluxur - VİDEO
Bakının iki qəsəbəsində "Hepatit A" virusu yayılıb. Virusa yoluxanlar arasında azyaşlılar üstünlük təşkil edir.
Paytaxt sakinləri bildirib ki, Bülbülə və Əmircan qəsəbələrində bu virusa yoluxma halı daha çoxdur.
meqale.com baku.ws-ə istinadən bildirir ki, virusla bağlı ilk müraciət yanvarın 11-də Sabunçu Tibb Mərkəzinə olub. Daha sonra xəstəliyə yoluxanların sayı artmağa başlayıb.
TƏBİB-dən mövzu ilə bağlı bildirilib ki, müxtəlif xəstəxanalarda müalicə olunanlar arasında uşaqlarla yanaşı, böyüklər də var.
Qeyd edək ki, bu xəstəliyin yoluxması su, qida və təmas vasitəsilə ola bilər.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun