Bakıda külək ağacı maşının üzərinə aşırdı - FOTO
Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib.
meqale.com axar.az-a istinadən bildirir ki, küləyin təsiri nəticəsində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 108 ünvanında irigövdəli ağaclardan biri aşıb.
Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.