Bakıda Milad bayramına həsr olunmuş bayram konserti keçiriləcək - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında dekabrın 25-də saat 19: 00-da "Vineyard Azərbaycan" Xristian Dini İcmasının təşkilatçılığı ilə Milad bayramına həsr olunmuş "Gəlin səcdə edin" konserti keçiriləcək.

"Azərbaycan əsrlər boyu tolerantlıq və multikulturalizm nümunəsidir, burada milliyyətindən və dinindən asılı olmayaraq, hamı bir ailə kimi, sülh və təhlükəsizlik şəraitində, dinlərarası harmoniya şəraitində yaşayır. Azərbaycanın xristian irsi ölkənin qədim tarixində dərin köklərə malikdir və inkişafında mühüm rol oynamışdır. Qədim xristian irsi və kilsələri dövlət tərəfindən məscid və sinaqoqlarla bərabər qorunur. Azərbaycan xristianları, digər konfessiyaların nümayəndələri kimi, cəmiyyətin tamhüquqlu üzvləridir, ölkənin həyatında fəal iştirak edir, hər il Milad bayramını və digər bayramları xalqların azadlığı və dostluğu, etnik və mədəni müxtəliflik şəraitində qeyd edirlər. Axşamın əsas məqsədi bu yüksək insani dəyərləri təbliğ etməkdir", - deyə məlumatda bildirilir.