Bakıda müəllim valideynlə mübahisədən sonra ölüb? - Qızından AÇIQLAMA - yenilənib - VİDEO - FOTO
08:40
Bakıda müəllimə ilə valideyn arasında mübahisənin ölümlə nəticələndiyi iddia edilir.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki,hadisə bir neçə gün öncə Xətai rayonu 25 nömrəli məktəbdə baş verib.
İddialara görə, təhsil müəssisəsinin Azərbaycan dili müəlliməsi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb. O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllimə bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Bəs yayılan iddialar nə dərəcədə doğrudur? Dünyasını dəyişən müəllimənin qızı Fidan Karakova "Xəzər Xəbər"ə açıqlamasında dedi ki, anasının səhhəti fevral ayının 21-də səhər saatlarında evdə qəflətən pisləşib:
O, anasının bir neçə gün reanimasiyada qaldığını deyib.
Daha ətraflı videomaterialı təqdim edirik.
-------------- 2025.02.27 Məktəbdən "Qafqazinfo"ya bildirilib ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib:
"Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
------------ 23:24 Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.
Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.