Bakıda qar yağacağı xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi saytlarda Milli Hidrometeorologiya Xidmətinə istinadən 14-15 yanvar tarixlərində guya Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yanlış məlumat yayılıb.

meqale.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov lente bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.

"Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları  Milli Hidrometeorologiya Xidmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər" - xidmət rəisi bildirib.