Bakıda sanitar qovşaqdan meyit tapıldı
Bakıda yaşayış kompleksinin tualetindən meyit tapılıb.
meqale.com xəbər verir ki, meyit paytaxtın Binəqədi qəsəbəsi, Ordubadi küçəsində inşa edilən "Binəqədi Rezidens" kompleksinin sanitar qovşağında aşkarlanıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cantiq Ağasadıq oğlu Quliyev olması müəyyən edilib.
Meyitin üzərində xəsarət olmayıb və şəxsin ölüm səbəbləri hələ ki məlum deyil.