Bakıda tuneldə qəza - "Chevrolet" bu hala düşdü - FOTO

Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

Bakıda tuneldə qəza -
Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

meqale.com APA-ya istinadən bildirir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. İdarəetməni itirən "Mercedes" markalı avtomobilin sürücüsü maşını "Chevrolet" markalı avtomobilə çırpıb. Nəticədə "Chevrolet" tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb. Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.