Bakıda yol qəzasında 1 nəfər xəsarət alıb - FOTO

Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda yol qəzasında 1 nəfər xəsarət alıb - FOTO
Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan "Toyota" və "Kia" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.