Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə 4 min AZN kompensasiya verilir - VİDEO
Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir.
meqale.com baku.ws-ə istinadən bildirir ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür.
51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib.
Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb.