Bakıda yolda çəkilmiş bu dairə müzakirə yaratdı - VİDEO
Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairə müzakirələrə səbəb olub.
meqale.com qafqazinfoya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən görüntülərdə dairənin sanki həyətdə oynayan uşaqlar tərəfindən çəkildiyi, gülməli vəziyyətin yarandığı qeyd olunur.
Belə aydın olur ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcında sarı tor və digər nişanlanma xətləri silinib. Əvəzində qeyri-peşəkar formada dairə çəkilib.