Balaəlinin avtomobilinə zərər vurduğu şəxsdən açıqlama

"Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam".

Balaəlinin avtomobilinə zərər vurduğu şəxsdən açıqlama
"Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam".

meqale.com xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.

O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.

Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb.