Banqladeşdə anomal istilər - azı 10 nəfər öldü
Banqladeşdə son bir həftə ərzində davam edən anomal isti hava səbəbindən azı 10 nəfər ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "The Dhaka Tribune" qəzeti məlumat yayıb.
Bu Cənubi Asiya respublikasının 17 regionunda havanın temperaturu rekord göstəricilərə çatıb. Paytaxt Dəkkədə havanın temperaturu 41 dərəcəyə çatıb.