"Barselona" "Borussiya"nı darmadağın etdi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha bir görüşü başa çatıb.
meqale.com xəbər verir ki, "Barselona" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib.
Meydan sahibləri oyunda mütləq üstünlük nümayiş etdirərək qonaqları darmadağın ediblər - 4:0. Levandovski dubla imza atıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 15-də Almaniyada baş tutacaq. Cütün qalibi yarımfinalda "İnter" - "Bavariya" duelinin qalibi ilə qarşılaşacaq.