“Barselona” darmadağın oldu, “Mançester Siti” uduzdu
UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun daha yeddi qarşılaşması baş tutub.
meqale.com-ın məlumatına görə, turun ən böyük sürprizi İngiltərədə qeydə alınıb. "Mançester Siti" öz meydanında Almaniyanın "Bayer" komandasına 0:2 hesabı ilə məğlub olub. Günün ən diqqətçəkən nəticələrindən biri isə London "Çelsi"sinin "Barselona" üzərindəki inamlı qələbəsi olub - 3:0.
Azərbaycan təmsilçisi "Qarabağ" isə İtaliya səfərində "Napoli"yə müqavimət göstərə bilməyib və oyunu 0:2 hesabı ilə uduzub.
Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
UEFA Çempionlar Liqası Liqa mərhələsi - V tur 25 noyabr
"Mançester Siti" (İngiltərə) - "Bayer" (Almaniya) - 0:2
"Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:0
"Borussiya Dortmund" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 4:0
"Napoli" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0
"Slaviya" (Çexiya) - "Atletik" (İspaniya) - 0:0
"Budyo Qlimt" (Norveç) - "Yuventus" (İtaliya) - 2:3
"Marsel" (Fransa) - "Nyukasl" (İngiltərə) - 2:1**
Turun nəticələrinə əsasən, bir sıra komandalar növbəti mərhələ üçün mövqelərini möhkəmləndiriblər.