"Başqa hotelə pul verməmək üçün özüm hotel tikdirdim"
Türkiyəli iş adamı Acun Ilıcalı açıqlaması ilə diqqət çəkib.
meqale.com xəbər verir ki, sahibkar "Survivor"yarışmasının çəkildiyi Dominikan Respublikasında otel tikdirdiyini açıqlayıb.
"Dominikada otel tikdik. Otelin səbəbi işçilərimizi rahatlığını təmin etmək və digər otellərə pul verməməkdir. Amma bu 30 milyon dollara başa gəldi. Bu bir yatırımdır. Gedib torpaq almağı sevmirəm", - deyə Acun bildirib. /olay.az