“Bavariya” səfərdə heç-heçə etdi
Bundesliqanın 26-cı turunda "Bavariya" səfərdə "Union Berlin"in qonağı olub.
meqale.com xəbər verir ki, görüşdə münxenlilər 75-ci dəqiqədə Leroy Sanenin sayəsində hesabda irəli çıxıblar.
Lakin 83-cü dəqiqədə ev sahibləri oyunda tarazlığı bərpa ediblər. Paytaxt təmsilçisinin heyətində Benedikt Hollerbax fərqlənib.