Bayram süfərində niyə Brüssel kələmi olmalıdır?
Həkim Yeni il bayramını mədə problemləri olmadan keçirmək üçün tövsiyələr verib.
meqale.com xəbər verir ki, Britaniyalı ailə həkimi Kler Merrifild həssas bağırsaq sindromu olan insanlara Yeni il menyusuna Brüssel kələmini daxil etməməyi məsləhət görüb.
Həkimin sözlərinə görə problem tərəvəzin dadında deyil, həzm sisteminə təsirindədir. Xüsusilə bağırsaq pozuntularından əziyyət çəkən insanlarda Brüssel kələmi köp, spazm və narahatlıq yarada bilər.
Merrifild bildirib ki, təxminən hər 10 nəfərdən 1-də həssas bağırsaq sindromu müşahidə olunur. Bu vəziyyət zamanı qarında ağrı, köp, ishal və ya qəbizlik yarana bilər. Simptomlar qəfil başlaya və ya həftələrlə davam edə bilər. Bu hallarda qidalanmaya diqqət etmək vacibdir.
Yeni il yeməkləri bu insanlar üçün daha çətin olur. Çünki bayram yeməkləri adətən yağlı qidalar, spirtli içkilər və qaz yaradan məhsullarla zəngin olur. Həkim Brüssel kələmi əvəzinə kök, yaşıl noxud və ya lobya kimi daha yüngül tərəvəzləri seçməyi tövsiyə edir.
Həkim həmçinin yağlı yeməklərin və şirniyyatların azaldılmasını məsləhət görür. Şokolad, pendirli yeməklər və desertlər həssas bağırsaq sindromunun əlamətlərini gücləndirə bilər. Bundan əlavə, kofe və alkoqolun miqdarına nəzarət etmək, kofeinsiz içkilərə, meyvəli suya və ya nanə çayına üstünlük vermək tövsiyə olunur.
Stress də bu problemin artmasına səbəb ola bilər. Merrifild bayram zamanı sakitləşdirici nəfəs məşqləri və sadə rahatlama üsullarından istifadə etməyi məsləhət görür.
Həkim geyim seçiminə də diqqət çəkib. Onun sözlərinə görə, süfrə arxasında rahat və boş geyimlər geyinmək köp və narahatlığın azalmasına kömək edir.
Nəticə olaraq, düzgün qidalanma, ölçülü yemək və stressə nəzarət etməklə Yeni il bayramını mədə problemləri olmadan keçirmək mümkündür.