Qazaxda MAXE yol qəzasında həlak oldu - FOTO

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Qazaxda MAXE yol qəzasında həlak oldu - FOTO
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib.

S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi.

Qeyd edək ki, mərhum bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılıb.