İki yüksək vəzifəyə təyinat oldu - YENİLƏNİB

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə direktor köməkçisi təyin edilib.

İki yüksək vəzifəyə təyinat oldu - YENİLƏNİB
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə direktor köməkçisi təyin edilib.

Bu barədə APA-ya Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq vəzifəyə Rüfət Qarazadə təyin olunub.

Qeyd edək ki, Rüfət Qarazadə hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsini icra edir.

----- Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.

meqale.com xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub.

Səbinə Bağırova faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.