Bellingemin cəzası açıqlandı

"Real"ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.

Bellingemin cəzası açıqlandı
"Real"ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.

meqale.com xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.

İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.