“Bentley” loqosunu yenilədi - FOTO
"Bentley" 106 illik tarixində beşinci dəfə loqotipini yeniləyib.
meqale.com xəbər verir ki, dəbdəbəli avtomobil nəhənginin simvoluna çevrilən "Winged B" 2002-ci ildən bəri ilk dəfə yenilənib.
Yeni loqo ilk dəfə 8 iyulda brendin gələcək stilini nümayiş etdirəcək konsept avtomobilin kapotunda canlı olaraq nümayiş etdiriləcək.
Həmin gün "Bentley"nin İngiltərənin Kru şəhərində yerləşən baş ofisində yerləşən üçmərtəbəli yeni dizayn studiyası da açılacaq.