Bərdədə itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı - YENİLƏNİB

14:58

Bərdədə itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapıldı - YENİLƏNİB
14:58

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır

----------- 14:42 Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.