"Beşiktaş" - "Qalatasaray" oyununun hakimi barədə qərar verildi
Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçını idarə edəcək hakim barədə qərar verilib.
meqale.com xəbər verir ki, 25-ci turda baş tutmuş "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra "Beşiktaş" rəhbərliyi də xarici hakim tələb etmişdi. Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı yekun qərar verib.
TFF İdarə Heyətinin qərarı və prezident İbrahim Hacıosmanoğlunun təsdiqi ilə görüş əcnəbi referilərə həvalə olunacaq.