İtaliyaya yollanan "Qarabağ"ın futbolçusu hava limanında problemlə üzləşdi - FOTO
UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə "Napoli" ilə qarşılaşacaq "Qarabağ" İtaliyaya yola düşüb.
meqale.com xəbər verir ki, matçın baş tutacağı Neapol şəhərinə çarter reysi ilə yollanan Ağdam klubunun bir futbolçusu Heydər Əliyev adına Beynəlxalq Aeroportunda problemlə üzləşib. Söhbət qapıçı Fabiyan Buntiçdən gedir.
Xorvatiyalı qolkiper gömrük məntəqəsində bahalı saatına görə problem yaşayıb. Buna görə də onun təyyarəyə minməsinə icazə verilməyib. Bu müddətdə Buntiç tək olmayıb. Komanda yoldaşı Elvin Cəfərquliyev problemin həllində gömrük işçilərinə, Fabiyana kömək edib. O, tərcüməçilik funksiyasını öz üzərinə götürüb.
Problem 20-30 dəqiqə ərzində aradan qaldırılıb və futbolçular təyyarəyə yollanıblar.