Beyons milyarder oldu
Amerikalı müğənni Beyonsenin sərvəti 1 milyard dolları keçib.
meqale.com xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Bildirilib ki, sənətçinin ümumi sərvəti 2025-ci ilin sonuna doğru 1 milyard dollar həddini aşaraq onu rəsmi şəkildə milyarderlər sırasına daxil edib.
Məlumata görə, Beyonsenin sərvətinin əsas hissəsi musiqi fəaliyyətindən, xüsusilə də son illərdə böyük gəlir gətirən dünya turnelərindən formalaşıb. Bununla yanaşı, albom satışları, müəllif hüquqları, konsert gəlirləri, film layihələri və brend əməkdaşlıqları da onun maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə artırıb.
Qeyd olunur ki, Beyonsenin son dünya turu ilin ən gəlirli musiqi layihələrindən biri hesab olunur. Sənətçi eyni zamanda öz musiqi kataloquna tam nəzarət edən nadir ulduzlardan biridir.
Qeyd edək ki, Beyonsenin bu nailiyyəti onu dünyanın ən zəngin və təsirli musiqi sənətçilərindən birinə çevirib.