Şeyma hakim qarşısına çıxarıldı - FOTO
İstanbul Baş Prokurorluğunun narkotiklə bağlı aparılan genişmiqyaslı araşdırması çərçivəsində Şeyma Subaşı barəsində saxlanılma qərarı çıxarılıb.
meqale.com xəbər verir ki, o, ABŞ‑dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında jandarma tərəfindən saxlanılıb.
Şeyma Subaşı əvvəlcə sağlıq yoxlaması üçün xəstəxanaya aparılıb, daha sonra isə ifadə vermək üçün Çağlayan Ədliyəsinə gətirilib.
Bu hadisə narkotik istintaqı ilə bağlıdır və məsələnin araşdırılması davam edir.