7 türkiyəli tanınmışın əmlakı müsadirə olundu - FOTO
İstanbul Baş Prokurorluğu məşhurların da daxil olduğu böyük narkotik əməliyyatı çərçivəsində yeddi şəxsin bütün əmlakı müsadirə edib.
meqale.com xəbər verir ki, Kasım Garipoğlu, Fatih Garipoğlu, Burak Ateş, Ayşegül Şeynova, Gökmen Kadir Şeynova, Mert Vidinli və Ezgi Fındık malları müsadirə olunub.
Şübhəlilər haqqında narkotik vasitələrin istehsalı və satışı, əxlaqsızlığa təhrik və vasitəçilik kimi cinayətlər üzrə həbs qərarı var və onların hazırda xaricdə olduğu müəyyən edilib.
Əməliyyat zamanı Kasım Garipoğlu Sarıyerdəki evində axtarış aparılıb. Evdən bir ədəd lisenziyalı tapança, bir ədəd hava tapançası, 8 ədəd narkotik həbi, 4 parça kristal narkotik, 51 ədəd narkotik ehtimal olunan kapsul, 5 ədəd likit, narkotik istifadə alətləri və saxta pullar tapılıb.
Qeyd edək ki, bir müddət əvvəl əməliyyat çərçivəsində İrem Sak, Danla Bilic, Aleyna Tilki və Mümine Senna Yıldız ifadə vermək və qan, saç nümunəsi vermək üçün saxlanmış, sonra sərbəst buraxılmışdılar.