Gürcüstandakı azərbaycanlılar geri qayıda bilmirlər

İşləmək üçün Gürcüstana gedən azərbaycanlılar ölkəyə geri qayıda bilmirlər.

Gürcüstandakı azərbaycanlılar geri qayıda bilmirlər
İşləmək üçün Gürcüstana gedən azərbaycanlılar ölkəyə geri qayıda bilmirlər.

meqale.com Xəzər TV-yə istinadla xəbər verir ki, Şamil Pirverdiyev, İlham Məmmədli və Vidadi Məmmədov aylar öncə fəhlə işinə görə Gürcüstana gediblər.

Orada sonradan tanış olduqları azərbaycanlılar kömək etmək məqsədilə onları yaşadıqları evə aparıblar, onlara iş də tapıblar. Lakin həmin şəxslər arasında mübahisə yaranıb. Daha sonra onlardan biri cinayətə görə həbsə, digəri isə xəstəxanaya düşüb. Xəstəxananın pulunu ödəmədən də Azərbaycana gəlib.

İndi orada qalan bu şəxslərə deyilir ki, xəstəxana pulunu ödəyin və qaçan şəxsi geri qaytarın.