Bir milyon izləyicisi olan bloqer məhkəməyə getdi - SƏBƏB

İlon Maskın övladlarından birinin anası olan Eşli Sent Kler ABŞ-li sahibkara məxsus "xAI" şirkətini məhkəməyə verib. Buna səbəb "Grok" neyron şəbəkəsinin onun razılığı olmadan süni intellektlə dəyişdirilmiş, seksual xarakterli şəkillər yaratması olub.

meqale.com-ın məlumatına görə, Nyu-York ştatı məhkəməsinə verilən iddiada bildirilib ki, "Grok" Sent Klerin bikinidə dipfeyk görüntülərini yaradaraq yayıb. O, şirkətə müraciət etsə də, bu cür kontentin qarşısı alınmayıb. Məhkəmə materiallarında bildirilib ki, bu şəkillər barədə "xAI"a bildirdikdən sonra "X"də təxminən bir milyon izləyicisi olan bloqer Sent Klerin hesabı verifikasiyadan (obyektiv sübutların təqdim edilməsi yolu ilə müəyyən edilmiş tələblərin yerinə yetirildiyinin təsdiqi - red.), premium abunə və paylaşımlarından pul qazanmaq imkanından məhrum edilib.

Şikayətdən sonra Sent Klerin "X" sosial şəbəkəsindəki hesabı verifikasiyadan çıxarılıb, premium və monetizasiya imkanları dayandırılıb.

Qeyd edək ki, daha əvvəl "xAI" real insanların şəkillərinin redaktəsinə məhdudiyyətlər tətbiq etmiş, bəzi ölkələrdə isə "Grok" pornoqrafik və icazəsiz məzmun səbəbilə bloklanmışdı.