“Bitcoin”in qiyməti rekord həddə çatdı
"Bitcoin" kriptovalyutasının qiyməti 109 min ABŞ dollarını ötərək rekord həddə çatıb.
meqale.com bu barədə "Dawn" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Donald Trampın andiçmə mərasimi ərəfəsində birjalarada dünyanın ən böyük kriptovalyutasının qiyməti 109 241 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, "Bitcoin"in qiyməti ötən ilin noyabr ayında Trampın prezident seçkilərində qələbə qazanmasından sonra sürətlə artmağa başlayıb və dekabrın əvvəllərində ilk dəfə 100 min ABŞ dollarını ötüb.