Bizdəki zəlzələnin Türkiyədəki ilə əlaqəsi var?
"Türkiyədə hər gün yeraltı təkanlar var. Bizdəki zəlzələnin Türkiyədəki zəlzələ ilə əlaqəsi yoxdur".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Abşeronun zəlzələ təhlükəsi dənizdən olan ocaqlardan gəlir. Ən çox zəlzələ Xəzərdə "Azəri-Çıraq" olan hissədə baş verir.