"Bizim üçün əsas prioritet..."

Avropa İttifaqı (Aİ) üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması əsas maraq kəsb edir.

Avropa İttifaqı (Aİ) üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması əsas maraq kəsb edir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

"Bizim üçün əsas prioritet Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə olunmasıdır. Hər şeydən önəmlisi, bu ölkələr arasında münasibətlərin həqiqətən nizamlanmasıdır. Nəticədə, sazişin harada imzalanması ikinci dərəcəli əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

Klaar Aİ-nin hazırda tənzimlənmə prosesində irəliləyişə mane olan real səbəblər görmədiyini vurğulayıb.