Blinkenə qarşı görünməmiş etiraz: Çıxışına müdaxilə edildi

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.

meqale.com xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə edib.

"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.