BMW satışlarını artırdı, Mercedes-Benz gerilədi
Almaniyanın aparıcı avtomobil istehsalçıları BMW və "Mercedes-Benz" bu ilin üçüncü rübündəki qlobal satış göstəricilərini açıqlayıblar. Nəticələrə əsasən, iki şirkət fərqli istiqamətdə hərəkət edib.
                        meqale.com xəbər verir ki, BMW iyul-sentyabr aylarında satışlarını artıraraq 588 300 avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% artım deməkdir.
Digər tərəfdən, "Mercedes-Benz" həmin müddətdə 441 500 avtomobil satıb və bu, illik müqayisədə 12% azalma göstərir. Nəticədə, iki brend arasında satış fərqi 33.2%-ə çatıb.