Boliviyada avtobus qəzası zamanı üç nəfər ölüb, 19-u yaralanıb

Boliviyanın La Paz departamentində avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Boliviyada avtobus qəzası zamanı üç nəfər ölüb, 19-u yaralanıb
Boliviyanın La Paz departamentində avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə "La Razon" qəzeti yerli polisə istinadən məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, Alto Beniyə gedən sərnişin avtobusu təxminən 80-100 metr dərinlikdə olan dərəyə düşüb.

Qəzanın səbəbləri araşdırılır.