Böyrək xəstəliklərinin az bilinən əlamətləri

"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər".

Böyrək xəstəliklərinin az bilinən əlamətləri
"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər".

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib.

Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər.

"Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - deyə həkim bildirib.

Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır.

"Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib.