Bravo karyerasını bitirdi
Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, cənubi amerikalı qolkiper 41 yaşında bu addımı atıb.
O, karyerası ərzində "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" və "Betis"də forma geyinib. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olmuş Bravo Amerika kubokunun ikiqat çempionudur.