Braziliyalı hücumçu Azərbaycan klubunda
"Turan Tovuz" qış fasiləsində ilk transferini həyata keçirib.
meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, "boz qurd" Aleks Souzanı rənglərinə bağlayıb. Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.
22 yaşlı forvardın son klubu Litva "Qeqelmann"ı olub. Aleks burada cəmi 2 qarşılaşmada meydana çıxıb və qol vurmayıb. Hücumçu karyerası ərzində "Santos", "Boluspor" kimi klublarda çıxış edib. Aleks Avropa karyerasında 72 qarşılaşmada 12 qol vurub, 10 məhsuldar ötürmə edib.
Məşhur "Transfermarkt.com" portalında futbolçu "Turan Tovuz"un üzvü olaraq göstərilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun