Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaratmağı planlaşdırır
Böyük Britaniya və Fransa hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ərazisində hərbi mərkəzlər yaradacaq və Ukrayna Silahlı Qüvvələri üçün texnika anbarları tikəcək.
meqale.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "İstəklilər koalisiyası"nın görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Starmer qeyd edib ki, London və Paris bu istiqamətdə atılacaq növbəti addımları koalisiyanın digər üzvləri ilə razılaşdırıb.