Sərnişin stansiya yoluna düşdü
Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə meqale.com-a metropolitendən bildirilib.
Qeyd olunub ki, hadisə zamanı dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
"Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb", - məlumatda bildirilib.