Azərbaycanda məşhur musiqi qrupunun yaradıcısı vəfat etdi - FOTO
Məşhur "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova vəfat edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Kərimovanın ailəsi və dostları sosial mediada məlumat veriblər. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb.