İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı

"İmmunitetin güclənməsi üçün bir neçə əsas faktor nəzərə alınmalıdır".

İmmuniteti gücləndirən 3 əsas amil – mütəxəssis açıqladı
"İmmunitetin güclənməsi üçün bir neçə əsas faktor nəzərə alınmalıdır".

meqale.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi "İnstagram" səhifəsində yayımlanan canlı yayımda məlumat verib.

Qeyd edib ki, düzgün yuxu rejimi, stressin idarə olunması və balanslı qidalanma immun sisteminin sağlam işləməsində əsas rol oynayır.

Onun sözlərinə görə, güclü qidalanma hər zaman yaxşı və sağlam qidalanma anlamına gəlmir.

"Yaxşı qidalanma balanslı və sezonlara uyğun olmalıdır. Məsələn, qış mövsümündə orqanizmin ehtiyac duyduğu vitamin və minerallarla zəngin qidalar qəbul edilməlidir. Əsas məqsəd orqanizmin müdafiə sistemini gücləndirməkdir".