Broyler toyuğunun içərisindən görün nə çıxdı

Ölkəmizdə ət və ət məhsulları içərisində toyuq ətinə xüsusi tələbat var. Broyler toyuğu alarkən hər bir istehlakçı diqqətli olmalıdır. Təzə və dondurulmuş broyler toyuğu alarkən xarici görünüşünə diqqət etmək vacibdir. 

meqale.com xəbər verir ki, sosial şəbəkələrdə 3 il əvvələ aid olduğu iddia edilən videolar yayılıb.Toyuğun çəkisini artırmaq məqsədi ilə içində insan sağlamlığına zərərli ağ maddə olduğu görünür. 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, uzun müddətdir toyuğa əlavə maddələr vurulması ilə bağlı şikayətlər gəlir. Xüsusən də xaricdən gələn toyuqların görünüşü yaxşı görsənsin deyə onlara hər cür qatqılar vurulur.  Ekspertin sözlərinə görə, bir neçə il öncə Ukraynadan gətirilən toyuqda bu maddə aşkarlanıb. Sözügedən  maddə insan orqanizmində müxtəlif xətəliklərə yol aça bilər.  "Toyuğu qaynadan zaman həmin maddə yoxa çıxır. Həmin maye quş ətinə qarışır. Brolyer toyuğu alan zaman malın görünüşə aldanmasınlar".

Vətəndaşların sözlərinə görə, onlar çəkisi daha az olan toyuq almaq tərəfdarlarıdırlar.