Bu ərazidə əməliyyatlar BAŞLADI: sakinlər bölgəni təcili tərk etməyə çağırıldı
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.
meqale.com-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri bildirib.
Qeyd olunub ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.
Vurğulanıb ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır. Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.
Əməliyyat çərçivəsində İsrail qırıcıları HƏMAS-ın bir neçə hədəfinə zərbə endirib.