Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur - Səfir
Qarabağda erməni separatizminə dəstək uğursuzluğa məhkumdur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə bildirib.
"Haaqada Aİ-Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə dair konfransda iştirakımdan məmnun oldum. Erməni həmkarlarıma yeni regional reallığın əsas parametrlərini izah etməkdən şərəf duydum. Qarabağ ermənilərinin hüquqları digər Azərbaycan vətəndaşları ilə bərabər şəkildə təmin ediləcək", - deyə səfir bildirib.
meqale.com