"Bu "Eşq"ə çox inanıram" - FOTO
Müğənni Ayan Babakişiyeva yeni layihəsinin anonsunu verib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi klip çəkiliş üçün kamera qarşısına keçib. Ayan bildirib ki, yeni ekran işi ötən gün verdiyi konsert ərəfəsində lentə alınıb.
"Yeni mahnımızın klipi də səhnədə çəkiləcək. Bu mahnıya mən və dostlarım çox inanırıq. Sevəcəyinizdən əminik. İlk dəfə bu janrda ifa edirəm. Mahnıdan hit qoxusu gəlir. "Eşq" deyib sevdiyiniz insanları görəcəksiniz" deyə, Ayan bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun