Ronaldonun var-dövləti - saymaqla BİTMİR - FOTOlar
Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun dəbdəbəli evlərinə aid fotolar və maraqlı məlumatlar sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.
meqale.com xəbər verir ki, paylaşılan görüntülərdə futbolçunun müxtəlif ölkələrdə yerləşən dəbdəbəli villaları, geniş interyerləri və müasir dizaynı diqqət çəkir. Xüsusilə Madriddəki malikanəsi, Portuqaliyanın Madeyra adasındakı evi və İtaliyada yaşadığı dövrdə istifadə etdiyi lüks mənzil izləyicilərin marağına səbəb olub.
Məlumatlara görə, Ronaldonun evləri yüksək təhlükəsizlik sistemi, şəxsi idman zalı, hovuz, spa zonası və panoramik mənzərələri ilə seçilir. Sosial şəbəkə istifadəçiləri futbolçunun dəbdəbəli həyat tərzini müzakirə edərək paylaşımlara çoxsaylı rəylər yazıblar.
Qeyd edək ki, Kriştiano Ronaldo təkcə futbol karyerası ilə deyil, eyni zamanda lüks daşınmaz əmlaka etdiyi investisiyalarla da tez-tez gündəmə gəlir.